EN

Kanada baş naziri: Tramp ağıllı adamdır, amma etdiyi axmaqlıqdır!

Kanadanın baş naziri Castin Trüdo ABŞ prezidenti Donald Trampın Kanadadan idxal olunan məhsullara 25 faizlik gömrük rüsumunun tətbiqi qərarı ilə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, ABŞ vətəndaşlarına müraciət edən Trüdo bu vəziyyətə görə seçdikləri hökumətin məsuliyyət daşıdığını bildirib.

Trüdo Wall Street Journal-ın Trampın vergi qərarı ilə bağlı şərhinə müraciət edib. "Wall Street Journal ilə razılaşmaq mənim adətimə uyğun deyil, lakin Donald ağıllı adamdır, amma onun etdiyi axmaqlıqdır"-deyə, Trudo bildirib.

Nazir çıxışında Trampın gün ərzində sosial şəbəkədəki yeni paylaşımına da yer verib. Tramp ABŞ banklarının Kanadada iş apara bilməyəcəyini iddia edib. O, bu iddianın yalan olduğunu və ABŞ banklarının rəqəmlərdən istifadə edərək Kanadada iş görə biləcəyini bildirdi.

Onun çıxışının ən mühüm hissəsi Trampın Kanada iqtisadiyyatını məhv etmək istəməsi ilə bağlı hissə olub. "Trampın görmək istədiyi şey Kanada iqtisadiyyatının çökməsidir, çünki bu, onun Kanadanı ilhaqını asanlaşdıracaq"-deyərək, fikrini yekunlaşdırıb.

Aytən Yaşar/ Turkustan.az

Chosen
135
32
turkustan.az

10Sources