EN

Premyer Liqa: “Sabah” “Araz” üzərində qələbəni əldən verdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Masazırda baş tutub.

“Sabah” doğma meydanda “Araz-Naxçıvan”la qarşılaşıb. Dörd oyundur (bir məğlubiyyət, üç heç-heçə) qələbə qazana bilməyən Naxçıvan təmsilçisi uğursuz gedişata bu matçda son qoymaq istəyirdi. Amma son iki oyunda heç-heçələrlə kifayətlənmiş “Sabah”a da bu matçda yalnız qələbə lazım idi. Amma dörd qolluq qarşılaşmada qalib müəyyənləşməyib.

Bu heç-heçədən sonra “Sabah” 34 xalla beşinci sırada qərarlaşıb. “Araz-Naxçıvan” isə 46 xalla üçüncüdür.

Premyer Liqa
25-ci tur
4 mart

“Sabah” – “Araz-Naxçıvan” 2:2
Qollar: Xəyal Əliyev, 7. Sofian Çakla, 64 – Bernardo Dias, 11. Ülvi İsgəndərov, 73.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.
VAR: Tural Qurbanov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Masazır Arena”, 19:30.

Sabah: 92. Stas Pokatilov, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 20. Coy Lens Mikels, 4. Sofian Çakla, 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 77. Şakir Seyidov, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 40. İqor Noqeyra, 11. Kahim Parris, 12. Vensan Till, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.

Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov (k), 2. Slavik Alxasov, 7. Ülvi İsgəndərov, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba, 9. Əyyub Allaş.
Baş məşqçi: Elmar Baxşıyev.

Chosen
66
4
arena.az

10Sources