EN

Ağdərənin Həsənriz kəndində 33 ildən sonra ilk dəfə çərşənbə tonqalı yandırılıb

Ağdərə, 4 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdərə rayonunun Həsənriz kəndinə qayıdan ailələr 33 ildən sonra ilk dəfə olaraq Od çərşənbəsi tonqalı yandırıblar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, öz doğma torpaqlarına qayıdan sakinlər Od çərşənbəsini bayramı coşqusu ilə qeyd ediblər. Kəndin mərkəzində çərşənbə tonqalı yandırılıb. Tonqal ətrafına yığışan sakinlər burada bir-birlərini təbrik ediblər.

Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş torpaqlarımıza keçmiş məcburi köçkün ailələrinin köçürülməsi təmin edilir.

Qeyd edək ki, ötən gün Ağdərə rayonunun Həsənriz kəndinə 25 ailə, 91 nəfər köçürülüb.

Chosen
70
14
azertag.az

10Sources