EN

Bu ölkə Rusiya neftini almağı dayandırır

Rusiya neftinin “Drujba” kəməri ilə Çexiyaya axını dayanıb. 

Demokrat.az xəbər verir ki, bu barədə Çexiyanın “Dennik N” nəşri məlumat yayıb.

Məlumatı sənaye və ticarət naziri Lukaş Vlçek təsdiqləyib. Onun sözlərinə görə, Çexiya şirkətləri və ev təsərrüfatları üçün qıtlıq təhlükəsi yoxdur.

Məlumdur ki, Çexiya ümumi idxal etdiyi neftin 58%-ni bu kəmərlə alıb. 

Sonuncu dəfə "Drujba" vasitəsilə Çexiyaya neft nəqli 2024-cü ilin dekabrında dayandırılıb. 

Əfsanə Kamal
Demokrat.az
Chosen
18
demokrat.az

1Sources