ABŞ prezidenti Donald Tramp, Kanadanın Baş naziri Castin Trüdonun gömrük rüsumları ilə bağlı açıqlamalarına sərt reaksiya verib.
Redaktor.az xəbər verir ki, Tramp Truth Social hesabında paylaşım edərək bildirib: "Kanada ABŞ-a cavab olaraq yeni gömrük tarifləri tətbiq edərsə, biz də eyni məbləğdə qarşılıq verəcəyik".
Qeyd edək ki, Kanada hökuməti ABŞ-nin tətbiq etdiyi yeni gömrük vergilərinə eyni səviyyədə cavab veriləcəyini açıqlamışdı. Trampın bu bəyanatı iki ölkə arasındakı ticarət münasibətlərində gərginliyin artacağına işarə edir.
Kənan YUSİF