EN

Çin ABŞ-ın hərəkətlərinə cavab vermək niyyətindədir

Çinin Ticarət Nazirliyi Çin mallarına tətbiq edilən yüksək tariflərə görə ABŞ-a cavab tədbiri planlarını açıqlayıb. Agentlik ABŞ-ın hərəkətləri ilə bağlı “güclü narazılıq və qəti etirazını” bildirib.

Nazirlik qeyd edib ki, ABŞ-ın hərəkətləri Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozur və çoxtərəfli ticarət sistemini təhdid edir.

Çin departamentindən verilən açıqlamada ABŞ-dan gələn birtərəfli tariflərin Çin və ABŞ arasında ticarət və iqtisadi əlaqələrə zərər verə biləcəyi qeyd edilib. Çin hakimiyyəti narkotiklərlə mübarizədə apardıqları siyasəti də xatırladıb.
Xatırladaq ki, rüsumların artırılması ilə bağlı qərarı ABŞ prezidenti Donald Tramp qəbul edib və o, Çin idxalı üzrə dərəcəsi 10%-dən 20%-ə qaldıran sərəncam imzalayıb. Bu, onun fikrincə, Çinin ABŞ-a sintetik opioidlərin (fentanil) qaçaqmalçılığı ilə mübarizə üçün kifayət qədər tədbirlər görməməsi ilə bağlıdır. “Global Times” qəzeti yazıb ki, Çin ABŞ-dan kənd təsərrüfatı və ərzaq məhsulları idxalına əlavə rüsumlar tətbiq etməyi düşünür. Bu tədbirlərə göstərilən mal kateqoriyası üzrə rüsumların 10% artırılması daxil ola bilər.

//Samir Qurbanov, Editor.az

Chosen
9
editor.az

1Sources