"Napoli" uruqvaylı müdafiəçi Matias Olivera ilə yeni müqavilə imzalayıb.
İdman.biz xəbər verir ki, bu barədə Neapol klubunun rəsmi saytı açıqlama yayıb.
Tərəflər arasında yeni razılaşma 2030-cu ilin iyun ayına kimi nəzərdə tutulub. 27 yaşlı futbolçu 2022-ci ilin yayından "Napoli"də çıxış edir. Oliverka komandada 90 matçda 3 qol və 7 ötürmə verib.
Qeyd edək ki, Uruqvay yığmasının formasını geyinən Matias 26 oyunda iki dəfə fərqlənib.
İdman.biz