"Fənərbağça" yaxşı oyun nümayiş etdirir. Əla məşqçiləri var".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Fənərbağça"nın sabiq oyunçusu olan Nikolas Anelka "Fotomaç"a müsahibəsi zamanı bildirib.

2016-cı ildə karyerasını bitirən Anelka "sarı-lacivərtlilər"in çempion olacağına inandığını qeyd edib:

"Fənərbağça" və "Qalatasaray" arasında gərgin mübarizə olacaq. "Qalatasaray"ın son turda xal itirdiyini gördüm. İnşallah daha çox xal itirərlər. "Fənərbağça" da qələbə qazanmağa davam edər. Niyə də olmasın? Bəlkə də mövsümün sonunda çempion olacaqlar".