EN

Yüksək Liqa: “Azərreyl” “Abşeron”a uduzdu

Bu gün qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 14-cü tura yekun vurulub.

Arena.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutub.

Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub. Çempionatın lideri “Abşeron” “Azərreyl”i sınağa çəkib. Maraqlı və gərgin mübarizə şəraitində keçən matç Abşeron voleybolçularının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Milli Aviasiya Akademiyası” isə “Murov”la qarşılaşıb. Birincilər çətinlik çəkmədən 3:0 hesabı ilə qələbə qazanaraq, liderlə aradakı fərqi bir xala endiriblər.

Xatırladaq ki, turun ilk matçında “Gəncə” UNEC-ə 3:0 hesabı ilə qalib gəlmişdi.

Yüksək Liqa
15-ci tur
4 mart

“Abşeron” – “Azərreyl” 3:2 (22:25, 25:22, 25:14, 12:25, 15:12).
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

“Milli Aviasiya Akademiyası” – “Murov” 3:0 (25:19, 25:21, 25:18)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

Xallar: Abşeron – 34. Milli Aviasiya Akademiyası – 33. Azərreyl – 22. Gəncə – 21. Murov – 15. UNEC – 0.

Chosen
28
1
arena.az

2Sources