EN

İdris Abbasov yazır...

Şahidiyəm ki, alim diplomlu bir çox cahil mahiyyətini dərk etmədiyi dövləti zəif salmaq üçün əlindən gələni edir. Əyri yollarla, onun-bunun haqqını mənimsəməklə özünə xeyli dünya mülkü yığmış, şəhərdə 7 mənzili, 3 bağ evi olan "hörmətli" bir professor dünən mənə deyir ki, qardaş, bilirəm, rüşvətlə, alış-verişlə aran yoxdur, o barədə əlkütsən, ancaq yaxşı qələmin var, çalış, dövlətdən evdən-zaddan nəsə qopar. Düz edib imza göndəribsiniz, birini də göndərin, əl çəkməyin, sonra gec olar, bu günlə sabahın işini bilmək olmaz. Deyirəm, ay "hörmətli" professor, daha mənə düşən payı da ikiqat, üçqat qoparmısınız da dövlətdən, daha yazıq dövlətin nəyi qalıb?! Ona görə də qoparmalı olsam, onda gərək deyəm, sizdən qoparıb mənə və mənim durumumda olanlara verələr. Cin vurdu kişinin kəlləsinə və mənə: "Bu nə danışıqdır? Etikan olsun!" deyərək geriyə dönüb sürətlə uzaqlaşdı... Sən demə, bu yekəboyun professor kimi etikalı olmaq üçün dövlətin və xalqın malını çalmalı, canını almalı, özünə gün ağlamalı imişsən! Bu qara cüssə hələ də anlamır ki, əslində o, dövləti zəif salmaq hesabına özünə və əhli-əyalına gün ağlamır, perspektiv qəbir qazır. Başqa millətlər və dövlətlər dirçələndə belə nadanların söz sahibi olduğu cəmiyyətlər və dövlətlər tənəzzül edəcək. Beyindən piylənmiş, mənəviyyatı zədələnmiş bu dost nanəcibləri təcili olaraq əməliyyat stoluna uzatmaq bəlkə də zərərin qarşısını ala bilər.

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

1Sources