ABŞ Prezident Donald Trampla şam yeməyinin neçəyə başa gəldiyi məlum olub.
“Qafqazinfo” xəbər verir ki, “Wired” portalı mənbələrə istinadən məlumat yayıb.
Florida ştatının Palm Beach şəhərində Mar-a-Laqo malikanəsində keçirilən xüsusi tədbirlərdə qonaqlar yemək və Prezident Donald Trampla görüşmək üçün milyonlarla dollar ödəyirlər.
Nəşrin məlumatına görə, Trampla Mar-a-Laqo iqamətgahında özəl şam yeməyi 5 milyon dollara başa gəlir.
Eyni zamanda, digər ziyarətçilərlə birlikdə Trampla şam yeməyində iştirak etmək üçün 1 milyon dollar ödəmək lazımdır.