EN

Vens: Tramp İranın nüvə silahına malik olmasına imkan verməyəcək

ABŞ administrasiyasının başçısı Donald Tramp İranın nüvə silahına malik olmasına imkan verməyəcək.

 

Bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Konqres binasında jurnalistlərlə söhbətində deyib.

 

“Prezident Trampın siyasəti çox aydındır: nüvə silahının yayılmasına dözə bilmərik, xüsusən də İranda. Bu, hazırkı Amerika administrasiyasının siyasəti olacaq”, - o deyib.

 

“Report” xatırladır ki, “Bloomberg” agentliyi mənbələrə istinadən Rusiyanın İranın nüvə proqramı ilə bağlı məsələlərdə Tehranla təmasda Tramp administrasiyasına kömək etməyə razılaşdığını yazıb. İddiaya görə, Tramp fevralın 12-də baş tutmuş telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putinə bu istəyini çatdırıb.

Chosen
42
5
senzor.az

10Sources