EN

Elmi dünyada inqilabi kəşf: Xərçəngin qarşısını alan təbii maddə aşkarlandı

Portland Universiteti və Oregon Sağlamlıq və Elm Universitetinin alimləri xərçəng və sinir hüceyrələrinə zərər verən xəstəliklərin irəliləməsini dayandıra biləcək bir birləşmə kəşf ediblər.

News24.az xəbər verir ki, aparılan uzunmüddətli tədqiqatlar nəticəsində alimlər bitkilərdə olan sulfuretin adlı flavonoid birləşməsinin müəyyən fermenti təsirsiz hala gətirdiyini aşkar ediblər. Laborator müayinələr zamanı məlum olub ki, sulfuretin xərçəng və multipl skleroz (MS) xəstəlikləri ilə əlaqəli olan hialuronidaz fermentinin aktivliyini dayandırır. Bu ferment orqanizmdə hialuron turşusunu parçalayaraq hüceyrə zədələnməsinə və xəstəliklərin irəliləməsinə səbəb ola bilər.

Tədqiqatı aparan professor Larri Şerman bildirib ki, sulfuretin təkcə xərçəng və MS deyil, həm də Alzheimer kimi neyrodegenerativ xəstəliklərin müalicəsində ümidverici potensiala malikdir. Hialuronidaz fermentinin bloklanması sinir hüceyrələrini qoruyan mielin qişasının bərpasını sürətləndirə və hüceyrə səviyyəsində sağalma prosesini dəstəkləyə bilər.

Bu kəşf Portland Universitetinin kimya professoru Anjela Hoffman və onun tələbələrinin uzun illər davam edən araşdırmaları nəticəsində əldə olunub. Alimlər bitkilərdən müxtəlif birləşmələri əldə edərək onların xəstəliklərlə mübarizədə potensialını qiymətləndirməyə çalışıblar.

Hazırda alimlər sulfuretinin müalicəvi təsirlərini daha dərindən araşdırmaq üçün tədqiqatlarını davam etdirirlər. Bu təbii birləşmənin insan sağlamlığına təsiri və mümkün yan təsirləri ilə bağlı əlavə testlər aparılacaq. /yenisabah.az


Chosen
10
1
news24.az

2Sources