EN

“Arsenal”dan darmadağın, derbini “Real Madrid” qazandı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

Publika.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.

Günün ilk matçı Belçikada “Brügge” ilə İngiltərənin “Aston Villa” komandası arasında olub. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər 3 oyun isə Bakı vaxtı ilə saat 00:00-da start götürüb. Gecənin ən prinsipial matçı İspaniyada oynanılıb. “Real Madrid” öz meydanında şəhərin digər təmsilçisi “Atletiko”nu sınağa çəkib. Madrid derbisində sevinən tərəf “kral klubu” olub - 2:1.

Bundan başqa, İngiltərə “Arsenal”ı Niderlandda PSV-ni 7:1 hesabı ilə darmadağın edib, Fransanın “Lill” komandası isə Almaniyada Dortmund “Borussiya”sı ilə heç-heçəyə razılaşıb - 1:1.

UEFA Çempionlar Liqası 1/8 final, ilk oyunlar:

4 mart

Chosen
117
6
publika.az

10Sources