EN

Çin cari ildə iqtisadi artımı 5 faiz civarında hədəfləyib

Pekin, 5 mart, AZƏRTAC

Çin hökuməti cari ildə ümumi daxili məhsulun (ÜDM) artımının 5 faiz civarında olacağını hədəfləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının sədri (Baş nazir) Li Çian martın 5-də Pekində işə başlayan 14-cü çağırış Çin Xalq Nümayəndələri Yığıncağının 3-cü sessiyasının açılışında hökumətin hesabatını təqdim edərkən bildirib.

Li Çian ötən il Çin iqtisadiyyatının 5 faiz artdığını, bu rəqəmin dünyanın böyük iqtisadiyyatları arasında ən yüksək göstəricilərdən biri olduğunu deyib. O, Çinin dünyanın iqtisadi inkişafının təxminən 30 fazini təmin etdiyini deyib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Chosen
11
azertag.az

1Sources