EN

Alimlərdən depressiya riskini 50 faiz azaldan həftə sonu təklifi - Lap ürəyinizcə olacaq

Alimlərdən depressiya riskini 50 faiz azaldan həftə sonu təklifi -

Alimlər deyirlər ki, bazar səhəri yatmaq sağlamlığınız üçün faydalıdır və hətta sizi daha da xoşbəxt edə bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, həftə sonu yataqda iki saata qədər daha çox vaxt keçirən insanların depressiyaya düşmə riskinin azaldığı ortaya çıxıb.

Əlavə yuxu, həftə ərzində iş və ailə həyatını tarazlaşdırmağa çalışarkən kifayət qədər yuxu ala bilməyən 40-60 yaş arası kişilər və insanlar üçün xüsusi üstünlüklərə malikdir. Bu vəziyyətin əhval-ruhiyyənin aşağı düşməsi, konsentrasiyanın olmaması, çəki artımı, immun sisteminin zəifləməsi və hətta ömrün qısalması kimi problemlərlə əlaqəli olduğu bildirilir.

Sorğular göstərir ki, böyüklərin yalnız yarısı həftə sonları yataqda daha çox vaxt keçirir.

Lakin tədqiqatçılar hesab edirlər ki, əlavə iki saat yuxu depressiyaya qarşı “müəyyən qoruyucu təsir” göstərmək, eyni zamanda stressi azaltmaq və bədənin hormonlarını tənzimləmək üçün kifayətdir.

Bəzi araşdırmalar göstərir ki, yaxşı yuxu insult və ürək xəstəliyi riskini 20 faiz azalda bilər.

Çinin Çenqdu Universitetinin tədqiqatçıları tərəfindən aparılan və Journal of Affective Disorders jurnalında dərc edilən son araşdırmada 327.000 kişi və qadın araşdırılıb.

Müəyyən edilib ki, bazar günləri əlavə bir saat yataqda qalmaq depressiya riskini 30 faiz azaldarkən, iki saat yataqda qalmaq isə 62 faizə yüksəlib. Amma iki saatdan çox yataqda qalmağın faydası olmadı.

Bir nəzəriyyəyə görə, uzun müddət uzanmaq sürətli göz hərəkətinin və ya REM yuxusunun miqdarını artırır, bu müddət ərzində orqanizm hüceyrə təmirini həyata keçirir. Təsiri kişilərdə daha çox olduğu üçün mütəxəssislər bunun depressiyadan qoruya biləcək testosteronu artıra biləcəyini söylədilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Chosen
57
e-saglam.az

1Sources