EN

Müharibə iştirakçılarına pulsuz torpaq verəcəklər

Rusiyada Xüsusi Hərbi Əməliyyat (SVO) adlandırılan Ukrayna müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə pulsuz torpaq sahələrinin verilməsi haqqında qanun layihəsi hazırlanıb. 

Yerli medianın yaydığı məlumata görə, Dövlət Dumasının “Ədalətli Rusiya – Həqiqət naminə” fraksiyasının deputatları çərşənbə günü layihəni baxılması üçün qanunverici orqana təqdim edəcəklər.

Təşəbbüs müharibədə iştirak etmiş hərbi qulluqçulara, könüllülərə və Milli Qvardiya döyüşçülərinə, həmçinin veteranların ailələrinə və həlak olanların yaxınlarına şamil edilir.  Qanun layihəsinin müəlliflərinin sözlərinə görə, məlum kateqoriyalara düşən şəxslər torpaq sahəsi və ya onun bazar dəyərinə ekvivalent ödəniş arasında seçim edə biləcəklər.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.


Tural

Chosen
37
news365.az

1Sources