EN

2030-cu ildə iki Ramazan olacaq?

Yazını böyüt
Yazını kiçilt

Müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edən Ramazan ayı başlayıb. Bu mübarək ayın gəlişi ilə 2030-cu ildə Ramazanın iki dəfə olacağı iddiası yenidən gündəmə gəlib. Bəs 2030-cu ildə həqiqətən iki Ramazan olacaqmı?

Hafta.az-ın yazdığına görə, hicri təqvimi miladi təqvimdən təxminən 10-11 gün qısa olduğu üçün Ramazan ayı hər il daha tez başlayır. Bu dövrəyə görə Ramazan ayı 2030-cu ildə iki dəfə baş verəcək. Birinci Ramazan 5 yanvar 2030-cu ildə, ikinci Ramazan isə 26 dekabr 2030-cu ildə başlayacaq və 2031-ci ilə qədər uzanacaq.

Səudiyyəli astronom Dr. Xalid əz-Zəkak, mövzu ilə bağlı etdiyi şərhdə, bu vəziyyətin hər 33 ildən bir baş verdiyini deyib. “Eynilə, 1965 və 1997-ci illərdə bir ildə iki Ramazan yaşandı. Eyni hadisə 2063-cü ildə də təkrarlanacaq”, - o bildirib.

Chosen
63
hafta.az

1Sources