EN

"Afrikalı Xumar Qədimova" viral oldu - VİDEO

Əməkdar artist Xumar Qədimova paylaşımı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, müğənni nigeriyalı qızın onun məşhur "Sevdim səni" mahnısını əzbər oxuduğu görüntüləri izləyiciləri ilə bölüşüb. Video sosial şəbəkələrdə sürətlə yayılıb və qısa müddətdə viral olub.

Əcnəbi qadının Azərbaycan musiqisinə bu qədər sevgi ilə yanaşması sosial mediada böyük maraq doğurub. Bəzi dinləyicilər onu "Afrikalı Xumar" adlandırıblar. 

Qədimova paylaşımına "bu qızın ürəyindən bizə gəlin olmaq keçir, musiqinin dili yoxdur, sevgi hər yerdə eynidir" şərhini yazıb.

Milli.Az

Chosen
297
milli.az

1Sources