EN

A Seriyasının oyunları ABŞ-də keçirilə bilər

İtaliya A Seriyasının oyunları ABŞ-də keçirilə bilər.

"Report"un ESPN-ə istinadən məlumatına görə, bu barədə yarışın prezidenti Etsio Simonelli açıqlamasında bildirib.

O, yarışın digər ölkələrdə də baş tuta biləcəyini söyləyib:

"Biz ABŞ-də belə tədbir təşkil edən ilk liqa olmaq istəyirik. Bu, böyük ümidlər bəslədiyimiz bazardır. Başqa potensial alıcılarımız da var".

Qeyd edək ki, A Seriyasında turnir cədvəlinə 58 xalla "İnter" başçılıq edir. "Napoli" 57 xalla ikinci, "Atalanta" 55 xalla üçüncü, "Yuventus" 52 xalla dördüncüdür.

Chosen
86
21
report.az

10Sources