EN

Pakistanda dəhşətli terror: Hərbi baza  partladıldı 

Associated Press-in yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, kamikadzelər Pakistanın şimal-qərbində hərbi bazanın divarını aşmaq üçün iki bombanı partladıblar, digərləri isə binaya hücum edib və zorakılıq nəticəsində azı 9 nəfər ölüb, 25 nəfər yaralanıb.

Vətəninfo.az xəbər verir ki, Pakistan Taliban hərəkatına bağlı qrup Hayber Paxtunxva əyalətinin Bannu şəhərində törədilən hücuma görə məsuliyyəti öz üzərinə götürərək, onlarla Pakistan təhlükəsizlik qüvvələrinin öldürüldüyünü bildirib. Hərbçilər hələ ki, itkilərin sayını təsdiqləməyib, lakin Bannu rayon xəstəxanası ən azı 9 nəfərin öldüyünü bildirib.

Polis zabiti Zahid Xan bildirib ki, iki partlayışdan sonra boz tüstü qalxıb və atışma hələ də davam edir.

Xəstəxana rəsmiləri ölənlərin dördünün uşaq olduğunu bildiriblər.

Chosen
74
veteninfo.az

1Sources