EN

Tramp əvvəlki administrasiyaların qeyri-adi xərclərindən danışıb

ABŞ prezidenti Donald Tramp respublikaçı qubernatorlarla görüşdə bildirib ki, əvvəlki administrasiya Mozambikdə kişi sünnətinə 12 milyon dollar xərcləyib.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir. Tramp bildirib ki, keçmiş prezident Co Bayden administrasiyası Banqladeşdə “siyasi mənzərəni gücləndirmək” üçün 29 milyon dollar, Uqandada isə sosial və davranış dəyişikliyinə 42 milyon dollar xərcləyib. “Heç kim siyasi mənzərənin nə demək olduğunu bilmir. Bu nə deməkdir?” – Tramp soruşub

Fevralın sonunda Amerika prezidenti elan etmişdi ki, sahibkar Elon Maskın nəzarəti altında Hökumətin Səmərəliliyi Departamenti (DOGE) hələ tam hüquqlu fəaliyyətə başlamazdan əvvəl ABŞ büdcəsində milyardlarla dollar məbləğində maliyyə pozuntuları aşkar edib. O qeyd edib ki, sözügedən rəqəmlərə inanmaq çətindir.

//Gülnarə Abasova, Editor.az

Chosen
34
editor.az

1Sources