EN

Zəngin doğulan ölkələr- SİYAHI

“Atalarımız deyib ki, varlının xoruzu da yumurta qoyar, toyuğu da. Təbiət Rusiyaya 75 trilyon dollar, ABŞ-a 45 trilyon dollar, Səudiyyə Ərəbistanına 34 trilyon dollarlıq təbii sərvət verib. Onlar dünyada ilk üçlükdə qərarlaşır. Birinci və ikinci yerdə təbii sərvətə malik olan ölkələr öz problemlərini həll etmək üçün üçüncü yerdə olan ölkəni seçirlər”.

Bunu News365.az –a söhbətində iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, təbiətdən sonra daha çox pay alan Kanada 33 trilyon dollar, İran 27 trilyon dollar və Çin 23 trilyon dollarlıq təbii sərvətə sahibdir:

“Bizimsə getdikcə tükənməkdə olan bir neftimiz var, bir də illik 45-50 milyard kub metr hasil edə biləcəyimiz qazımız var, hamısı toplasaq bunların 1%-I etməz.

Hələ COP29 vaxtı bizə deyirdilər ki, Siz neft-qaz ölkəsisiniz… İndi də durub yenidən sərvət bölgüsü üçün çarpışırlar.

Ölkənin təbii sərvətlər üzərində bərqərar olması zəngin ailədə doğulan uşaqlar kimi həyata 1:0 öndə başlaması deməkdir. Sonrası isə uşağın özündən asılıdır”.

News365.az

Chosen
27
news365.az

1Sources