Son 2 həftədir Türkiyənin 22 vilayətində İŞİD terror təşkilatına qarşı davam edən "Gürz-48" əməliyyatlarında 47 şübhəli tutulub.
“İki sahil” xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında məlumat verib.
“Ölkəmizin hər bir bölgəsində sülh və əmin-amanlığın təmin edilməsi üçün ilin 365 günü gecə-gündüz terror təşkilatlarına qarşı əməliyyatlarımızı davam etdiririk”, - nazir qeyd edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”