EN

Konqresdə ilk - Tramp onu qovdu - ANBAAN VİDEO

ABŞ prezidenti Donald Tramp ikinci prezidentlik müddətində Konqresin ilk birgə iclasında sərhəd təhlükəsizliyindən iqtisadiyyata, federal hökumətin tənzimlənməsindən xarici siyasətə qədər bir çox sahədə atdıqları addımlardan danışıb.

News24.az xəbər verir ki, Trampın Konqresə müraciətinin əvvəlində indiyədək heç vaxt baş verməmiş hadisə baş verib. 

Trampın Konqresdəki çıxışının əvvəlində ayağa qalxıb danışmasına icazə verməyən Demokratlar Partiyasının nümayəndəsi Al Qrin zaldan qovulub.

Çıxışına başlayan kimi içəri girib Trampın sözünü kəsməyə çalışan Qrin Nümayəndələr Palatasının sədri Mayk Consonun bütün xəbərdarlıqlarına baxmayaraq, geri çəkilməyib. Zalı şoka salan hadisədən sonra reaksiyalar artdığı üçün Qrin zaldan qovulub.

Günel Məlikzadə

Chosen
142
50
news24.az

10Sources