EN

Tramp: Bayden sanki gözüyumlu Ukraynaya milyardlar xərcləyib

ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin ABŞ-ın Ukraynaya hərbi yardım üçün ayrılan nəhəng büdcə vəsaitindən ayrılmağa razı olmasının asanlığını uşaqdan konfet almaqla müqayisə edib.

Turkustan.az xəbər verir ki,Amerika lideri Kiyevə silah tədarükü və Ukraynaya ABŞ və Avropadan digər yardımlar üçün xərclər barədə bunları deyib:

"Biz bəlkə də 350 milyard dollar xərcləmişik. Onlar isə 100 milyard dollar xərcləyib. Bu, uşaqdan konfet götürməyə bənzəyir. Bu, böyük fərqdir. Bayden bu hərbi əməliyyatlar üçün Avropanın xərclədiyi puldan daha çox pul icazəsi verdi. Milyardlarladollar daha çox. İnanmaq çətindir ki, onlar nə vaxtsa dayanıb deməyiblər: "Yaxşı, bəsdir, gəlin belə xərcləmələrdə bərabərləşək, siz də bizim qədər xərcləməlisiniz. Bu baş vermədi".

Aytən Yaşar/ Turkustan.az

Chosen
21
turkustan.az

1Sources