EN

Tovuzda Kür çayının kənarından meyit tapıldı

Tovuzda çay kənarında meyit aşkarlanıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Çayın yaxınlığında kişi meyiti aşkarlanıb.

Məlum olub ki, rayonun Qaraxanlı kənd sakini 1984-cü il təvəllüdlü Ramin Kərəmov Ceyrançöl ərazisində çoban işlədiyi yataqda qusma nəticəsində boğulub.

Hadisə yerinə təcili tibbi yardım çağırılsa da onun həyatını xilas etmək olmayıb.

Məlumata görə, Ramin Kərəmov içkili olub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Chosen
15
3
heftelik.az

3Sources