EN

Tramp: ABŞ narkotik kartellərinə və cinayətkarlara qarşı müharibə elan edib...

ABŞ narkotik kartellərinə qarşı müharibə aparır və narkotik ticarəti və cinayət təşkilatları ilə mübarizə aparacaq...

Poliqon xəbər verir ki, bunu çərşənbə axşamı Amerika lideri Donald Tramp Konqresə müraciətində deyib.

“Sərhədimizin cənubundakı ərazi öldürən, zorlayan, işgəncə verən cinayətkar kartellərin tam nəzarəti altındadır. Onlar bizim milli təhlükəsizliyimizə ciddi təhlükə yaradırlar. Kartellər Amerikada müharibə aparır, indi Amerikanın kartellərlə müharibəyə başlama vaxtıdır və biz də bunu edirik”, deyə Tramp bildirib.

Tramp əlavə edib ki, Meksikadan gələn mallara rüsumların tətbiqi ilə əlaqədar olaraq, bu ölkənin hakimiyyət orqanları beş gün əvvəl ən böyük kartel liderlərindən 29-nu ABŞ-yə təhvil verib.

“Ancaq Meksika və Kanada daha çox şey etməlidirlər. Onlar ABŞ-yə gələn fentanil və narkotiklərin axını dayandırmalıdırlar. Onlar da bunu edəcəklər”, deyə Amerika lideri vurğulayıb.

Poliqon.info

Chosen
42
poliqon.info

1Sources