Tovuz, 5 mart, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda Kür çayının yaxınlığında meyiti tapılan şəxslə bağlı təfərrüatlar məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qaraxanlı kənd sakini 1984-cü il təvəllüdlü Ramin Kərəmov Ceyrançöl ərazisində çoban işlədiyi fermada qusma nəticəsində boğulub.
Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək olmayıb.
Əraziyə polis əməkdaşları cəlb olunub.
09:23
Tovuzda çay kənarında meyit aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Faktla bağlı araşdırma başlanıb.