Ticani Reynders “Milan”da daha uzun müddət çıxış edəcək.
Yarımmüdafiəçi klubu ilə yeni müqavilə imzalayıb. İtaliya klubunun mətbuat xidmətinin məlumatına görə, niderlandlı futbolçunun yeni sözləşməsinin müddəti 2030-cu ilin yayına kimi nəzərdə tutulub.
Ticani “Milan”da 2023-cü ildən çıxış edir. “Alkmaar”dan transfer olunan 26 yaşlı futbolçu cari mövsüm vurduğu 8 qolla A seriyasında komandasının ən yaxşı bombardiridi.
O, ümumilikdə isə bütün turnirlər nəzərə alınmaqla bu mövsüm iştirak etdiyi 40 matçda 12 qol vurub və 3 məhsuldar ötürmənin müəllifi olub.