EN

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

BAKI,TurkicWorld

Terror təşkilatı İŞİD-ə qarşı 22 şəhərdə son iki həftə ərzində davam edən "Gürz-48" əməliyyatlarında 47 şübhəli saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.

"Ölkəmizin hər bölgəsində əmin-amanlığı və sabitliyi təmin etmək üçün terror təşkilatlarına qarşı ilboyu, gecə-gündüz fasiləsiz həyata keçirdiyimiz əməliyyatlara davam edirik",- deyə Yerlikaya bildirib.

Nazir, saxlanılan şəxslərin İŞİD-ə üzv olduqlarının, terror təşkilatına yardım etdiklərinin, sosial mediada onun təbliğatını apardıqlarının və təşkilata maliyyə dəstəyi verdiklərinin müəyyən edildiyini qeyd edib. Həmçinin əməliyyatlar nəticəsində çox sayda rəqəmsal materialın ələ keçirildiyini vurğulayıb.

Yerlikaya bildirib ki, əməliyyatlar Respublika Baş Prokurorluqları və Jandarma Baş Komandanlığının Terrorla Mübarizə İdarəsinin koordinasiyası ilə, bölgə jandarma komandanlıqları tərəfindən həyata keçirilib.

Chosen
41
turkic.world

1Sources