EN

Qazaxıstan və Azərbaycan təhsil sahəsində yeni üfüqlər açacaq - Qazaxıstanlı nazir (ÖZƏL)

Bakı. Trend:

Qazaxıstan akademik mübadiləni genişləndirməklə, təqaüdlərinmiqdarını artırmaqla və universitetləri beynəlxalq proqramlara cəlbetməklə təhsil əməkdaşlığını aktiv şəkildə inkişaf etdirir.

Bunu Qazaxıstanın Elm və Ali Təhsil naziri Sayasat NurbekTrend-ə verdiyiözəl müsahibədə deyib.

“Bugünə kimi 70-dən çox Qazaxıstan universiteti Azərbaycanlaikitərəfli saziş bağlayıb. Bu razılaşmalar tələbə və müəllimmübadiləsini, birgə tədqiqatları və təcrübə proqramlarını ehtivaedir. Bundan əlavə Qazaxıstanın 22 aparıcı universiteti əsasənakademik mübadilə ilə bağlı 40 yeni saziş imzalayıblar.”, -deyənazir vurğulayıb.

Onun sözlərinə görə, indi azərbaycanlı tələbələr mübadiləproqramı əsasında Qazaxıstana, qazax tələbələr isə əksinəAzərbaycanda oxumağa yollana biləcəklər.

Nazir Qazaxıstanın 2025-ci ildə xarici tələbələr, o cümlədənAzərbaycandan olan abituriyentlər üçün ümumilikdə 550 təqaüdayıracağını vurğulayıb.

“Bu vətənin yaxınlığında keyfiyyətli təhsil almaq üçün əlaimkandır. Üstəlik bizim ölkələr arasında birbaşa aviareyslərmövcuddur: Bakı-Almatı, Bakı-Astana, Bakı-Aktau. Hər gün təyyarələruçur ki, bu da təhsili daha əlçatan edir”.

Tərəflər eyni zamanda diplomların qarşılıqlı tanınmasıprosedurunun sadələşdirilməsi üzərində çalışır.

“Hələ 2013-cü ildə biz çərçivə sazişi imzalamışıq. Ötən il isəəlavə protokol imzalanıb ki, onun əsasında biz ölkələrimizindiplomlarının hər hansı prosedur, tarifikasiya və ya təsdiq tələbolunmadan qarşılıqlı tanınmasına doğru gedəcəyik”, -deyə SayasatNurbek bildirib.

Nazir Qazaxıstanda aparıcı beynəlxalq ali təhsil ocaqlarının ocümlədən Almaniya, İtaliya, ABŞ, Cənubi Koreya universitetlərininfəaliyyət göstərildiyini xatırladıb. Xarici universitetlərinarasında Rusiyanın Mendeleyev adına Kimya və Texnologiyauniversiteti, Rusiyanın Qubkin adına Dövlət Neft və QazUniversitetinin, Moskva Fiziki-Texniki İnstitutunun, Kvins BelfastUniversitetinin, Minnesota universitetinin və ArizonaUniversitetinin yer aldığını diqqətə çatdırıb.

“Biz eyni zamanda “Horizone Europe” proqramında, türk dövlətləriuniversitetlərinin şəbəkəsində və başqa qrant təşəbbüslərindəiştirakı aktiv şəkildə inkişaf etdiririk.”,-deyə o qeyd edib.

Nazir bildirib ki, Qazaxıstan enerji, nüvə texnologiyaları,“yaşıl” hidrogen və rəqəmsal iqtisadiyyat sahələri üzrəmütəxəssislərin hazırlanmasına böyük önəm verir.

Nazirin sözlərinə əsasən, Qazaxıstan 2025-ci ildə beş ən yaxşımüəllimini Azərbaycana göndərəcək. Onlar Azərbaycanın ali təhsilocaqlarında riyaziyyat, kimya, fizika , biologiya və ingilisdilindən (ingilis dilində) dərs deyəcəklər.

“Bu prqoram genişləndiriləcək və gələcəkdə daha çox müəllimimizAzərbaycanda öz təcrübələrini tələbələrə ötürə biləcəklər”, -deyə obildirib.

Sayasat Nurbek vurğulayıb ki, Qazaxıstan qazax tələbələrinAzərbaycanda oxumasına maraq göstərir.

“İndi 79 tələbəmiz artıq Azərbaycan universitetlərində təhsilalırlar və bu rəqəm artmağa davam edəcək. Bizim imzaladığımızsənədə əsasən, hər il ölkələrimizin hökumətləri bakalavriat,magstratura, doktorantura proqramlarına 12 təqaüd ayıracaq.”,-deyəo bildirib.

Nazir qeyd edib ki, Qazaxıstan və Azərbaycan arasında təhsilsahəsində əməkdaşlıq ikitərəfli əlaqələrin möhkəmləndirilməsindəmühüm rol oynayır.

“Biz logistika, tranzit və Xəzər dənizinin dibi ilə fiber-optikxəttin çəkilməsi sahəsində əməkdaşlığı fəal şəkildə inkişafetdiririk. Lakin məhz təhsil ölkələrimiz arasında uzunmüddətlidostluq əlaqələri formalaşdırır”.

Bundan əlavə, nazir bildirib ki, Qazaxıstan şirkətləri FüzulidəMərkəzi Rayon Xəstəxanasının tikintisində iştirak edir, eləcə dəKurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi artıq fəaliyyətəbaşlayıb, bu isə iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyədəolduğunu göstərir.

“Biz sadəcə qonşu deyilik, biz qardaşıq. Bizi ortaq dil, din,dəyərlər və ümumi tarix birləşdirir. Mübadilə proqramlarında nəqədər çox tələbə və müəllim iştirak edərsə, birliyimiz bir o qədərgüclü olacaq”, – deyə Sayasat Nurbek sonda vurğulayıb.

Qazaxıstan
Qazaxıstan
Qazaxıstan
Qazaxıstan
Chosen
9
1
az.trend.az

2Sources