Çin, ölkə karbon emissiyalarının pik səviyyəsinə və karbon neytrallığına yaxınlaşdıqca, iqlim dəyişikliyi ilə mübarizə üçün böyük layihələr paketi hazırlayacağını bildirib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Çərşənbə günü açıqlanan rəsmi hesabatda yeni dəniz külək stansiyalarının inkişafı və "yeni enerji bazalarının" tikintisini sürətləndirmək planları açıqlanıb.
"Çin karbon pikinə və karbon neytrallığına nail olmaq üçün fəal və ehtiyatlı çalışacaq", - hesabatda deyilir.
Mövsüm
Aznews.az