Bakı. Trend:
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındafəaliyyət göstərən Britaniya Azərbaycanlıları Cəmiyyətinin (BAC)rəhbəri Fəridə Pənahovanın təşəbbüsü ilə cəmiyyət adından ölkəparlamentinin 650 nəfər üzvünə və Xarici İşlər Nazirliyinə Xocalısoyqırımının 33-cü ildönümü ilə bağlı məktub ünvanlanıb.
Trend xəbərverir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.
Bildirilib ki, məktubda 1992-ci il fevralın 25-dən 26-na keçəngecə Xocalıda baş vermiş soyqırımı haqqında ətraflı məlumatverilib, beynəlxalq ictimaiyyətə və Britaniya Parlamentinə faciənintanınması və ədalətin bərqərar olması üçün çağırış edilib. Xocalıfaciəsi XX əsrin ən dəhşətli soyqırımlarından biri kimi tarixədüşdüyü vurğulanıb. Ermənistan silahlı qüvvələri tərəfindəntörədilmiş bu qətliam nəticəsində 613 günahsız insan, o cümlədən106 qadın, 63 uşaq və 70 yaşlı amansızcasına qətlə yetirib, 1275nəfər əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də naməlum olaraqqalıb. Şahid ifadələri, beynəlxalq hesabatlar və müstəqilaraşdırmalar bu hadisənin insanlığa qarşı ağır cinayət olduğunutəsdiqləyib. Bu çərçivədə Britaniya Azərbaycanlıları Cəmiyyəti(BAC) beynəlxalq ictimaiyyətə, xüsusilə də Britaniya ParlamentinəXocalı soyqırımının tanınması, 26 fevral tarixinin Xocalını AnımGünü elan olunması kimi çağırışları edilib.
Britaniya Azərbaycanlıları Cəmiyyətindən Xocalı faciəsinintanınması və Azərbaycanın haqlı mövqeyinin beynəlxalq arenada dahageniş təbliği istiqamətində fəaliyyətini bundan sonra da davametdirəcəyini bildirilib.