Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında münaqişə nəinki mövcud dünya düzənindəki dərin çatları üzə çıxarır, həm də qərarların artıq boşluqda qəbul olunmadığı qeyri-müəyyənliklərlə dolu yeni dünyanın başlanğıcını göstərir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Əraqçinin fikrincə, bu münaqişəyə səbəb olan səbəblər haqqında çoxlu versiyalar var, lakin onun “qeyri-müəyyənliklə dolu, daha boşluqda qərarların qəbul edilməyəcəyi yeni dünya” yaratdığı aydındır.