EN

İstanbulda yeni nəsil tank desant gəmisi suya salınıb

İstanbuldakı Anadolu Gəmiqayırma Zavodunda ilk YLCT sinifli tank desant gəmisi suya salınıb.

Herbiand.az bildirir ki, Türkiyə donanması üçün ümumilikdə səkkiz belə gəminin inşası planlaşdırılır.

Açılış mərasimində Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün, Müdafiə Nazirliyi və Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli zabitləri iştirak ediblər.

“Bu gün daha güclü bir donanmaya sahib olmaq məqsədimizə bir addım daha yaxınlaşdıq” - Haluk Görgün deyib. Onun sözlərinə görə, YLCT sinifli ikinci gəmi yaxın həftələrdə suya buraxılacaq.

Hər tank desant gəmisi Türkiyənin müdafiə sənayesi tərəfindən hazırlanmış üçə qədər “Altay” sinifli əsas döyüş tankını daşıya biləcək. Döyüş tapşırıqlarından əlavə, bu gəmilər fəlakətin nəticələrinin aradan qaldırılması, humanitar yardım və təxliyə əməliyyatlarında da iştirak etmək üçün hazırlanır.

Gəmilərini uzunluğu 79,9 metr, eni 11,7 metr, yükgötürmə qabiliyyəti 420 tondur. Göyərtədə üç tank əvəzinə 260 dəniz piyadası yerləşdirmək olar. Öz müdafiəsi üçün iki 12,7 millimetrlik pulemyot və iki 25 millimetrlik uzaqdan idarə olunan artilleriya sistemi ilə silahlanıb.

Bütün səkkiz tank desant gəmisinin tikintisinin iki il ərzində başa çatdırılması gözlənilir. Birinci gəminin bu ilin noyabrında, sonuncunun isə 2027-ci ilin mayında istismara verilməsi planlaşdırılır.

Bəxtiyar CƏFƏRLİ

Chosen
113
50
herbiand.az

10Sources