EN

“Şamaxinka”da tunelin betonu aşınıb? - VİDEO

Bakının “Şamaxinka” ərazisində yerləşən avtomobil tunelində sütunların birinin təhlükəli vəziyyətdə olması barədə görüntülər yayılıb.

 

Pravda.az xəbər verir ki, jurnalist Aqil Mehdi Tağıyev sosial şəbəkə hesabında sözügedən görüntüləri paylaşaraq belə yazıb: “Tunelin sütunlarından biri illərdir, yuxarıdan axan suyun təsiri nəticəsində aşınmaya məruz qalıb və bir hissəsi uçub. İndi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi deyə bilər ki, sütunda problem yoxdur, üzlüyü qopub, amma belə deyil, üzlüyün altındakı betonun aşındığı aydın görünür. Və ya belə bir açıqlama da verə bilərlər: "Sözügedən ərazidəki problemdən xəbərimiz var. 2025-ci ilin təmir-bərpa layihəsinə salınıb. Maliyyə ayrılan kimi növbəlilik prinsipi ilə həll ediləcək”. Əminəm ki, bundan xəbərləri yoxdur. Çünki 4-5 gündür bura belədir. Xəbərləri o zaman olardı ki, Bakı-Sumqayıt yolunun işıqqaytarıcı lövhələrini silərdilər, tunellərin içərisini və ya yol kənarlarını süpürərdilər, onda görərdilər. Bu işlərlə ayda bir dəfə məşğul olduqları üçün görmürlər”.

 

Pravda.az məsələni aydınlaşdırmaq üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) soruğu ünvanlayıb. Qurumun mətbuat katibi Anar Nəcəfli deyib ki, sözügedən tuneldə heç bir təhlülə yoxdur: “Üzlük daşların bir hissəsi qopub. Yerinə bərpa olunacaq”.

 

Aytəkin Qardaşova

 

Tarix: 5 Mart 2025, 11:04   
Chosen
24
1
pravda.az

2Sources