EN

100 qolluq fərq: Tarixdə ilk dəfə

“Qarabağ”la “Sumqayıt” arasında Azərbaycan çempionatlarında keçirilən oyunlarda ümumi top fərqi 100-ü keçib.

Msport.az xəbər verir ki, bu, ölkə çempionatları tarixində ilk belə haldır.

İndiyə qədər heç bir cütlük arasında belə fərq yaranmamışdı. Adıçəkilən komandalar 50 dəfə üz-üzə gəliblər. Texniki nəticələri nəzərə almasaq, “Qarabağ” 124, “Sumqayıt” isə 23 dəfə fərqlənib.

Bu baxımdan ikinci böyük fərq “Qarabağ”la “Şamaxı” arasındadır. Bu komandaların duellərində ağdamlılar 68 qol öndədir – 114-46.

Chosen
41
msport.az

1Sources