"Daşkəndəki yarışa ciddi hazırlaşmışdıq". Bunu SİA-ya Azərbaycan millisinin cüdoçusu Turan Bayramov (60 kq) deyib.
O, Daşkənddə keçirilən "Böyük Dəbilqə" yarışında gümüş medal qazanmasını şərh edib.
Cüdoçu bildirib ki, bu yarışa qızıl medal qazanmaq üçün yollansa da, qismət olmayıb: "Altı aya yaxındır ki, müəyyən səbəblərdən böyük arenalardan uzaq qalmışdım. Sonuncu yarışım sentyabr ayında "Zaqreb Open" turniri olub. Son iki aya yaxındır ki, milli komanda ilə birgə məşqlərə qatılmışam. Bu qənatbəxş nəticədir. Çox da razı deyiləm amma uzun müddət sonra gümüş medal qazanmaq pis nəticə deyil. Birinci görüşümdə çinli, ikincisi isə tacik idmançısına qalib gəldim. Finalda isə rusiyalı idmançı ilə kobud səhv elədim oda ağıllı idi bunu tutaraq məni məğlub etdi".
Qarşıdakı hədəflərindən söz açan Bayramov vurğulayıb ki, onun gələcək planlar olçduqca böyükdür: "Hədəflərim yüksəkdir. Amma yarışlarla bağlı məşqçilər qərar verəcək. Hazırda Yaponiyada təlim-məşq toplanışındayıq. Düşünürəm ki, bu əlverişlidir. Öz üzərimdə işləyib bu gümüş medalı qızıla çevirəcəm".