“İnter”in aparıcı oyunçularından biri müəyyən müddətə sıradan çıxıb.
Müdafiəçi Federiko Dimarko zədələnib. O, A seriyasının “Napoli” ilə matçında (1:1) sıradan çıxıb.
Təcrübəli futbolçu təxminən üç həftə yaşıl meydanlardan kənarda qalacaq. Klubun yaydığı məlumatda onun yaxın günlərdə yenidən tibbi müayinədən keçəcəyi bildirilib.
Federiko bu mövsüm meydana çıxdığı 34 matçda 4 qol vurub və 7 məhsuldar ötürmə edib.