EN

Qəddafinin oğlunun vəkili: "Hannibal azadlığa çıxmayıb!"

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafinin vəkili müvəkkilinin Livan həbsxanasından buraxılması ilə bağlı xəbərləri təkzib edib. Bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Liviya hökumətinin Ədliyyə Nazirliyi martın 4-də Facebook-da  Livanda təxminən on ildir həbsdə olan Qəddafinin azad edilməsi ilə bağlı paylaşım yerləşdirmişdi. Maraqlıdır ki, bir qədər sonra nazirliyin məlum xəbəri öz səhifəsindən yoxa çıxıb.

Vəkil Paul Romans Qəzzafinin hələ də Livanda həbsdə olduğunu bildirib. Təhlükəsizlik orqanlarındakı yüksək vəzifəli mənbə də bu məlumatı kanala təsdiqləyib.

Bununla belə, Liviya hökuməti Hannibal Qəddafinin artıq həbsdən azad edildiyini, lakin Livanda qaldığını və yaxın günlərdə Liviya hakimiyyət orqanlarına təhvil veriləcəyini bildirib.

Tural

Chosen
24
news365.az

1Sources