EN

Zelenskiyə kostyum geyinməməsinin səbəbini soruşan jurnalist ölümlə hədələnir

Ukrayna Prezidenti Volodimir Zelenskiyə kostyumu ilə bağlı sual verən amerikalı jurnalist Brayan Qlenn telefon zəgləri və sosial media vasitəsilə aldığı çoxsaylı təhdidlərdən şikayətlənib. 

Missiya.Az xəbər verir ki, o, bu barədə “BBC”yə müsahibəsi zamanı məlumat verib.

“Mənim telefon nömrəmi necə əldə etdiklərini bilmirəm. Onlar zəng edərək məni ölümlə hədələyirlər”, - deyə jurnalist vurğulayıb.

Qlenn bildirib ki, ABŞ Ukraynaya yardım edib və buna görə də Zelenski bir az hörmət göstərməliydi.

Xatırladaq ki, fevralın 28-də Zelenskinin ABŞ Prezidenti Donald Trampla görüşdüyü Oval otaqda RSBN nəşrinin jurnalisti Qlenn Zelenskidən niyə kostyum geyinmədiyini soruşub.

 

 

Daşqın HəsənovMissiya.Az

Chosen
12
missiya.az

1Sources