EN

İsrail və ABŞ-dən İrana HƏRBİ MESAJ

İsrail və ABŞ Hərbi Hava Qüvvələrinin Aralıq dənizi üzərində birgə hərbi təlimlər keçirdiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, İsrailin dövlət televiziyası KAN-ın xəbərində İsrail və ABŞ Hərbi Hava Qüvvələrinin 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra ilk dəfə Aralıq dənizi üzərində təlimlər keçirdiyi qeyd edilib.

Xəbərdə hava qüvvələrinin təlimlərinin İrana bir mesaj olduğu bildirilib.

Xəbərdə onlarla döyüş təyyarəsi, yanacaqdoldurma təyyarəsi və strateji bombardmançı təyyarənin birgə təlimə qatıldığı bildirilsə də, təlimin nə vaxt keçirildiyi barədə məlumat verilməyib.

Məsələ ilə bağlı ABŞ-dən hələlik heç bir açıqlama verilməyib.

Chosen
21
cebheinfo.az

1Sources