Misli Premyer Liqasının XXV turunda “Kəpəz” evdə “Neftçi”ni qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmaya Gəncə klubu itkisiz çıxacaq. Heyətdə cəzalı və ya zədəli futbolçu yoxdu.
“Neftçi”də isə bir oyunçu komandaya kömək edə bilməyəcək. Andrey Ştoqrin zədə səbəbindən matçı kənardan izləyəcək.
“Kəpəz” – “Neftçi” oyunu bu gün saat 17:00-da start götürəcək.