Göygöldə 4 nəfər dəm qazından zəhərlənərək ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndində baş verib.
Məlumata görə, vəfat edənlər 1990-cı il təvəllüdlü S. Müseyibova, 1999-cu il təvəllüdlü S. Hüseynli və onun bacıları - 2000-ci il təvəllüdlü M. Hüseynova və 2004-cü il təvəllüdlü X. Hüseynovadır.
Faktla bağlı araşdırma aparılır.
***
Hazırda Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri də hadisə yerindədir. Ölüm faktının qida zəhərlənməsi səbəbindən baş verməsi də ehtimal edilir.

