EN

"Döyülmək problem deyil, məsələ kimin tərəfindən döyülməkdir"

"Ayaz Salayevin müsahibəsində bir fikir diqqətimi cəlb etdi: "Mənim tələbəm "kasaba" deyir, "qəsəbə" sözünü heç evdə də eşitməyib". 
Adətən, türk dilinin bizə təsiri haqqında danışarkən bunu dəstəkləyən şəxslər rus dilinin təsirini və rusdilliləri tənqid edirlər. Çox az adam isə bizim, ümumiyyətlə, dil baxımından təsir altına düşməyə meyilliliyimizdən danışır". 

Ölkə.Az xəbər verir ki, bu sözləri "Grammar Azi" səhifəsinin təsisçisi Murad Hüseynov deyib. 

"Rus dilinin təsirini tənqid etmək asandır. Əlbəttə, biz rus deyilik, artıq SSRİ-nin tərkibində də deyilik. Rus dili bizə yaddır, tamam başqa dil ailəsinə məxsusdur və azərbaycanca nitqdə o dildən bizə yapışmış varvarizmlərlə danışmaq eybəcər səslənir. Rəsmi nitqdə, yazıda "prostit eləmək" ifadəsinin işlənməsi, əlbəttə, səhvdir və bu iradı qarşı tərəfə ünvanlayarkən hər zaman haqlı oluruq. 

Türk dilinin təsiri isə başqa məsələdir. Bunun əsasında Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətləri dayanır. Türkiyədə bir neçə dəfə olmuşam, oradakıların mənə qarşı isti münasibətini görmüşəm, onları və türk dilini sevirəm. İş orasındadır ki, kimsə nitqində "vaz geçərmiyim" (dilimizdə "vaz keçərəmmi" formasında işlənir) işlətsə və ona irad bildirsələr, cavabında bu qardaşlıq münasibətləri arqumentini qalxan kimi qaldıracaq. Əks-hücumda rus dilinin təsirini vurğulayacaq. Əlavə edəcək ki, rus dilindənsə türk dilinin təsiri altına düşmək yaxşıdır. Bu gedişatı özümdən uydurmamışam, səhifələrdə, qruplarda bu mövzuya aid müzakirələrdəki klassik dialoq gedişatıdır. Əminəm, özünüz də görmüsünüz. Fikir verin, həmin şəxs təsir altında olmağı, udulmağı özünə problem görmür. Məsələ kimin təsiri altında olmaqdır", - deyə o əlavə edib.

M.Hüseynov fikrini efirlərdən birində qadın sənətçimizin dediyi sözlər əsasında izah edib:

"Yadınızdadırsa, o vaxt hansısa qadın müğənni (yaxud aşıq) televiziyada demişdi ki, ərinin onu döyməsini sevir. Qısası, o insan üzərində sərt hökmranlığı xoşlayır, amma bunu hansısa yad adam etsə, çox güman, etiraz edər. Burada isə onu döyən əridir və ailə üzvü tərəfindən döyülməyi qəbul edir. O adam üçün döyülmək problem deyil, məsələ kimin tərəfindən döyülməkdir".

Billurə

Chosen
33
3
olke.az

4Sources