EN

Elnur Lalə Məmmədovanın evindən paylaşım etdi

Stilist və vizajist Elnur Həsənov Əməkdar artist Lalə Məmmədova haqqında maraqlı paylaşım edib.

Publika.az xəbər verir ki, Elnur sənətçinin evində qonaq olarkən maraqlı bir mənzərə ilə qarşılaşıb. O, Lalənin evində hələ də Yeni il ruhunun hiss olunduğunu bildirib.

Belə ki, vizajist Məmmədovanın qonaq otağında bəzədilmiş küknar ağacının hələ də yerində olduğunu görüb və bu görüntüləri instaqramda yayımlayıb.

“Artıq bahar gəlib, çərşənbələrin ikincisini də qeyd etmişik, amma Lalə xanımın evində Yeni il bayramı bitmək bilmir. Burada hələ də bayram ab-havası yaşanır” – deyə Elnur paylaşımında qeyd edib.(Yenisabah.az)

Chosen
8
2
publika.az

3Sources