"Bunu da bacardı möhtəşəm komanda! Yeni Klinikada ilk dəfə canlıdan-canlıya böyrək transplantasiyası əməliyyatı həyata keçirilib".
SİTat.info xəbər verir ki, bu açıqlamanı "Yeni Klinika"nın sözcüsü Nuridə Allahyarova deyib.
O bildirib ki, Yeni Klinikada ilk dəfə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində orqan transplantasiyası əməliyyatı icra olunub. Canlıdan-canlıya köçürülən böyrək transplantasiyası əməliyyatı uğurla başa çatıb.
Xroniki böyrək çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə müraciət edən 26 yaşlı şəxsə (kişi) 59 yaşlı atasından böyrək köçürülməsi əməliyyatı icra edilib. Laparoskopik (qapalı) üsulla baş tutan donorun əməliyyatı və böyrək transplantasiyasından sonra hər iki şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib.
Aytac,
Sitat.info