EN

Məsud Pezeşkian istefa verib?

İran hökuməti prezident Məsud Pezeşkiyanın istefası ilə bağlı yayılan xəbərləri təkzib edib. Bunu Nazirlər Kabinetinin sözçüsü Fatime Mohacerani deyib.

Mohacerani şənbə günü axşam “IRNA” xəbər agentliyinə deyib: "Bəzi şayiələri təkzib etməyə belə dəyməz".

Onun sözlərinə görə, Pezeşkian administrasiyası vətəndaşların problemlərinin həlli üçün tam gücü ilə işləməyə davam edir. Hökumət sözçüsü prezidentin cənub-şərqindəki Kirman əyalətinə işgüzar səfərinə toxunaraq, "Bəzi insanlar xüsusi məqsədlər güdən prezidentin istefası haqqında danışarkən, Dr. Pezeşkian bu gün Ciroft şəhərində bir sıra sənaye və infrastruktur layihələrinin açılışını edib".

Mohacerani əlavə edib ki, bütün bu faktlar administrasiyanın mövcud problemləri həll etmək və ölkəni inkişaf etdirmək əzmində güclü olduğunu göstərir.

Prezidentin istefası ilə bağlı söz-söhbətlər İranın ali dini lideri Ayətullah Əli Xameneinin Vaşinqtonla dialoqun əbəs olduğuna dair son bəyanatından sonra başlayıb.

Almaz Həsənli

Chosen
32
oxumeni.az

1Sources