EN

“Oscar” dan sonra dəb şousu – Qeyri-adi geyimlərlə diqqət çəkdilər - FOTOLAR

"Oscar" mükafatlandırma mərasimindən sonra ənənəvi olaraq təşkil olunan "after party" şou-biznes ulduzlarının növbəti dəfə diqqət mərkəzinə çevrildiyi məkan olub. Dünyaca məşhur simalar qırmızı xalçadan sonra ikinci dəbli çıxışları ilə sosial mediada və moda platformalarında geniş müzakirə olunub.

Yenisabah.az xəbər verir ki, gecəyə qatılan ulduzlar tamaşaçıları heyran edən paltar seçimləri, iddialı və fərqli üslubları ilə diqqət çəkiblər. Bəzi məşhurlar zərif və klassik tərzi, digərləri isə cəsarətli və ekstravaqant geyimləri ilə moda tənqidçilərinin və pərəstişkarlarının gündəminə düşüb.

 Qırmızı xalçada zərif və eleqant görünən bəzi ulduzlar "after party" üçün daha rahat və cəsarətli üsluba keçid ediblər.

Sosial mediada isə "Kim daha yaxşı geyindi?" və "Ən çox diqqət çəkən kombin hansıdır?" sualları ətrafında müzakirələr sürətlə yayılmağa başlayıb. Məşhur moda evlərinin imzasını daşıyan paltarlar və aksesuarlar, eləcə də qeyri-adi üslub seçimləri bir çox moda jurnallarında əsas mövzuya çevrilib.

Mərasim qədər maraq doğuran bu gecə, növbəti gün də şou-biznes aləmində ən çox danışılan mövzulardan biri olub.

Əsmətxanım 


Telegram kanalımız
Chosen
53
yenisabah.az

1Sources